Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onlar üçün nə Yaqublunun, nə də bir başqasının həyatının heç bir dəyəri yoxdur"

Tarix: 19 Sentyabr 2020 13:09

Öncə qeyd edim ki, Tofiq Yaqublu haqqında cinayət əməli məhkəmədə  sübuta yetirilməsi ilə 4.3 il müddətinə azadlıqdan məhrum edilmişdi və onun haqqında  qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin sübutu olaraq qəbul etmək lazımdır.

Bunu Milli.Az-a açıqlamasında insan haqları müdafiəsi üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

O bildirib ki, dünən T.Yaqublu haqqında qərarın dəyişdirilməsindən sonra spekulyasiyalar başqa yöndə davam etməyə başladı:

"Aclıq aksiyasına başlayan və sağlamlığı haqqında narahatlıq olması haqqında məlumatlar ictimayyətin diqqətini çəkən ilk gündən Tofiq Yaqublunun bu aksiyası ətrafında səmimi narahatlıqla və spekulyasiyalarla müşayət olundu. Məsələn, səmimi olaraq narahat olan ziyalılar, yazıçılar, tanınmış ictimaiyyət nümayəndələri T.Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı müraciət ediblər. İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvü, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələri onunla görüşdü, səhhətində problem yaşamaması üçün bir sıra tibbi addımlar atıldı. Daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirildi, öz xahişi ilə tanıdığı mülki həkim Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi həkimi Adil Qeybullanın təklifi ilə "City Hospotal"da müalicəsi davam etdirdi və s. Bir sözlə, səmimi narahat olan kəsin real müdafiə işləri ilə Tofiq Yaqublunun sağlamlığı üçün əlindən gələni əsirgəmədi. Amma bu proses də, bundan öncəki oxşar hadisələrdəki kimi Yaqublunun vəziyyətinin ağırlaşması və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan bir kəsimin spekulayasiyaları ilə davam etdi və hətta dünən haqqında qərarın dəyişdirilməsindən sonra da bu spekulyasiyalar başqa yöndə davam edir".

Siyasi fəal onu qeyd edib ki, T.Yaqublu barəsində çıxarılmış qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatına verilən yüksək dəyəridir:

"Bu qərarın ətrafında gedən səs-küydən sui-istifadə edərək müxtəlif  çağırışlar səsləndirilir. Bu, özü onu sübut edir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olan bu kütlə üçün nə Yaqublunun nə də bir başqasının həyatının heç bir dəyəri yoxdur.

Düzdür, bu günlər ərzində T.Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan radikal müxalifət, xaricdəki mühacir müxalifəti ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri, QHT və siyasi partiya nümayəndələri ciddi qınadılar. T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmamasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Bunu Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatına verilən yüksək dəyər kimi qiymətləndiririk".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Onlar üçün Yaqublunun bir başqasının həyatının heç bir dəyəri yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ