Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida borusunun döş hissəsinin peristaltikasının pozulması

Qida borusunun döş hissəsinin peristaltikasının pozulması

Tarix: 19 Sentyabr 2020 19:21

Qida borusunun döş hissəsinin peristaltikasının pozulması onun tonusunun və motor funksiyasının güclənməsi ilə xarakterizə olunur.Bu təkcə udqunma zamanı deyil,udqunmadan kənarda da müşahidə edilə bilər.Xəstələrin 10%-də xəstəlik simptomsuz keçir.Bu zaman diaqnoz qida borusunun rentgenoqrafiyası zamanı və ya qida borusu monometriyası əsasında təyin edilir.
Xəstəliyin əsas simptomları aşağıdakılardır:
* Disfaqiya - udqunmanın çətinləşməsi.Disfaqiya daimi olmur,gün ərzində əmələ gəlib itə bilir.Bəzən disfaqiya ay,həftə boyu olmaya bilir.Disfaqiya papirosçəkmə,son dərəcə isti və ya soyuq yemək yedikdən sonra,kəskin ədviyyat və souslar qəbul edərkən,alkoqol qəbulu və psixoemosional stress zamanı baş verə biblir.
* Döş sümüyü arxası ağrılar - Bu ağrılar adətən qəflətən əmələ gəlir,kifayət qədər intensiv olur.Ağrılar gah sağa,gah sola irradiasiya edir.Ağrıların fiziki gərginliklə heç bir əlaqəsi olmur.
* Boğazda loxma qalma hissi - Bu qida borusunun başlanğıc hissəsinin spazmı zamanı əmələ gəlir.Ən çox nevrozlarda və isteriyalarda müşahidə olunur.
* Qida borusu kənarlarının dişliliyi - Bu lokal deforasiya və kontrast maddənin qida borusunun hər hansı bir hissəsində 5 saniyədən çox ilişib qalmasıdır.
Xəstəliyin əsas simptomları aşağıdakılardır:
* Disfaqiya - ilk olaraq xama,kəsmik,təzə çörək,meyvələr,tərəvəzlərin qida borusundan keçdiyi zaman,sonralar isə hətta şirələrin içildiyi vaxt müşahidə edilir.
* Ağrılar mülayim intensivlikli olub döş sümüyünün orta və aşağı 1/3 hissəsində lokalizasiya olunur.
* Rentgenoskopiya zamanı qida borusunun məhdud sahələrinin spazmı qeyd olunur.
* Xəstəlik zamanı qida borusunun məhdud sahələrinin 15 saniyədən çox müddətdə 16-18 mm.c.süt. amplitud ilə spastik yığılması baş verir.


Etiketlər:  Qida borusunun döş hissəsinin peristaltikasının pozulması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ