Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diffuz ezofaqospazm

Diffuz ezofaqospazm

Tarix: 19 Sentyabr 2020 20:21

Diffuz ezofaqospazmın xarakterik təzahürləri bunlardır:
- ağrı
- disfaqiya
- gəyirmə
- spazm
* Döş sümüyü nahiyəsində və ya sürətlə yuxarı yayılan,həmçinin döş qəfəsinin ön səthi ilə alt çənəyə,çiyinə irradiasiya edən son dərəcə kəskin ağrılar xəstəliyin əsas əlaməti hesab edilir..Ağrılar qəflətən əmələ gəlir,çox vaxt udqunma ilə əlaqədar olur.Əksər hallarda ağrılar uzun müddət davam edir.Bəzi xəstələrdə ağrılar 1 udum su içdikdən sonra keçib gedi. Ağrılar qida borusunun uzunmüddətli qeyri-peristaltik yığılması ilə əlaqədar olur.
* Paradoksal disfaqiya - udqunmanın çətinləşməsi maye qida qəbulu zamanı daha kəskin,bərk qida qəbulunda isə az olur.Disfaqiya hər gün olmur və həftədə,bəzən isə ayda 1-2 dəfə meydana çıxır.
* Diffuz ezofaqospazm zamanı ağrı tutmasının sonunda gəyirmə olur.
* Qida borusu divarının uzun və davamlı spazmı.Bu zaman spazmlar adətən 15 saniyədən çox davam edir.
* Qida borusu divarının yüksək amplituda ilə (40-80mm.c.s) bir-birindən 3 sm-dən çox məsafəyə spontan (udma ilə əlaqəsiz) yığılması


Etiketlər:  Diffuz ezofaqospazm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ