Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 16:48
Əməkdar artist Gülbahar Şükürlü Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Sonxeber.net bildirir ki, yaxınlarının qafqazinfo-ya verdiyi məlumata görə, palataya köçürülən qarmon ifaçısının vəziyyəti yaxşıdır.
Qeyd edək ki, G.Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi.