Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 20:12
Alimlər elektron siqaretlə xərçəng xəstəliyinin əlaqəsini aşkarladılar
Amerika universitetlərinin alimlər qrupu elektron siqaretlərin, o cümlədən veypinqin sinədə və bədənin başqa hissələrində şişlərin inkişafına imkan yaratdığını aşkarlayıblar.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, Yel, Con Hopkins və Prinston universitetlərinin tədqiqatçıları dişi siçanların üzərində testlər aparıblar. Onlardan bəziləri təmiz havada olub, digərləri isə elektron siqaretlərin buxarlarının təsirinə məruz qalıblar.
İki həftə sonra alimlər döş xərçəngi hüceyrələrinə iynələr vurublar. Məlum olub ki, şiş altı həftə ərzində tüstünün təsirinə məruz qalmış siçanlarda demək olar, iki dəfə sürətli böyüyüb.
Bundan başqa, heyvanlarda metastazların inkişafının yüksək riski əmələ gəlib.