Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 22:12
Rusiyada helium-oksigen qarışıqlı inhalyasiyalardan sonra 50 koronavirus pasiyentindən yalnız birinə süni tənəffüs cihazı qoşmaq lazım gəlib.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bu barədə Rusiya İmmunoloqlar Elmi Cəmiyyətinin prezidenti, Rusiya Elmlər Akademiyası Ural Filialının İmmunologiya və Fiziologiya İnstitutunun elmi direktoru Valeri Çereşnev jurnalistlərə açıqlamasında bildirib.
"Sistem Komi Respublika Xəstəxanası əsasında bəyənilib. Bizdə 50 xəstə var idi. Onların hamısı sağ qaldı, bunlar ağır xəstələr idilər. Xəstələrdən yalnız biri süni tənəffüs cihazına qoşuldu. Sıktıvkarda respublika xəstəxanasında təcrübə müsbət nəticə verdi, indi istehsal gedir", - Çereşnev deyib.
O qeyd edib ki, süni tənəffüs cihazı orqanizmə kifayət qədər ağır yüklənmədir. COVID-19 zamanı inkişaf edən pnevmoniya fonunda tənəffüs kəskin azaldıqda, 90-95 dərəcəyə qədər qızdırılan helium-oksigen qarışığı süni tənəffüs cihazını əhəmiyyətli dərəcədə üstələyir.
Valeri Çereşnevin sözlərinə görə, mikrobioloqlar əvvəlcə bu cür inhalyasiyalarda istifadə olunan cihazları təkmilləşdirməyə qərar veriblər.