Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Tarix: 21 Sentyabr 2020 16:33

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC KİV nümayəndələri üçün "Buludlardan xəbərdar ol" adlı intensiv təlim təşkil edib.

 

Təlimin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrinin nümayəndələrinin İT sahəsində biliklərini daha da artırmaq, onları bulud texnologiyaları ilə yaxından tanış etmək, bu mövzu ətrafında materialların hazırlanmasında jurnalistlərin işini asanlaşdırmaqdır. Həmçinin, tədbir iştirakçılarına "AzInTelecom"un data mərkəzləri əsasında xidmətlər təqdim edən və Azərbaycanda bulud texnologiyaları üzrə birinci şirkət olan "Azcloud" və bulud həlləri mövzusunda ən çox yaranan suallar barədə məlumat verilib.

 

"AzInTelecom"un kommersiya direktoru Ruslan Əliyev və bulud məhsulları üzrə ekspert Fərrux Fərəcullayev bulud texnologiyalarının nəzəriyyəsi ətrafında çıxış edib, bu texnologiyaların iş prinsipi, təklif etdiyi imkanlar, üstünlükləri haqda ətraflı danışıb.

 

Daha sonra mətbuat nümayəndələrinin sualları spikerlər tərəfindən cavablandırılıb.

 

Məlumatların konfidensiallığının nə dərəcədə qorunması barədə suala cavab olaraq spikerlər bildirib ki, istənilən bulud mühitində məlumatların monitorinqi əməliyyatların siyahısını əks etdirən jurnal (log-file) mövcuddur.

 

Mətbuat nümayəndələrinin gələcəkdə B2C sektorunda fəaliyyət göstərilib-göstərilməyəcəyi barədə sualını cavablandıran Ruslan Əliyev qeyd edib ki, hazırda prioritet istiqamət olaraq "Azcloud" dövlət və özəl biznesə xidmət göstərir. Gələcəkdə bazar tələbindən asılı olaraq geniş kütlə üçün də bulud həllərinin təqdim olunması nəzərdən keçiriləcək.

 

Qeyd edək ki, tədbirdə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən nümayəndələr iştirak edib.

 

"AzInTelecom" maarifləndirici tədbirlərin keçirilməsinə, ictimaiyyətin müasir texnologiyalar barədə biliyini artırmasına hər zaman böyük diqqət ayırır və bu kimi tədbirlərin təşkilini gələcəkdə də davam etdirməyi planlaşdırır.

 

 






Etiketlər:  AzInTelecom media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ