Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 15:42
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.