Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Google Disk” xidmətində avtomatik "təmizləmə" funksiyası əlçatan olacaq

“Google Disk” xidmətində avtomatik

Tarix: 22 Sentyabr 2020 22:48

"Google" şirkəti "Google Drive" bulud xidmətinə yeni funksiya əlavə etməyə hazırlaşır. Proqramçıların fikrinə görə, boş disk yeri çatışmazlığının qarşısını almaq üçün istifadəçilərə müəyyən bir müddətdən sonra lazımsız faylları avtomatik silmə imkanı təklif ediləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, zibil qutusuna atılmış faylların "öz-özünə" təmizlənməsi bulud xidmətinin göstərilən bölməsinə yerləşdirildiyi gündən 30 gün sonra icra ediləcək. "Google" şirkəti bir çox istifadəçinin zibil qutusunu təmizləməyi unutması nəticəsində boş disk yeri çatışmazlığı ilə qarşılaşması ilə əlaqədar belə bir qərar qəbul edib.

13 oktyabr 2020-ci il tarixinə planlaşdırılmış yeniləmədən sonra öz-özünə silinmə əlavə xəbərdarlıq olmadan avtomatik silinmə icra ediləcək.

Milli.Az


Etiketlər:  Google Disk xidmətində avtomatik təmizləmə funksiyası əlçatan olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ