Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib (FOTO/VİDEO)

Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib (FOTO/VİDEO)

Tarix: 23 Sentyabr 2020 12:30

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib.

Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib (FOTO/VİDEO) - Gallery Image Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib (FOTO/VİDEO) - Gallery Image Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib (FOTO/VİDEO) - Gallery Image Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ