Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eddinin klubunda koronavirus aşkarlandı

Eddinin klubunda koronavirus aşkarlandı

Tarix: 23 Sentyabr 2020 14:30

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete"də koronavirusa yoluxma halı qeydə alınıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, əsas komandanın məşqçilər heyəti, futbolçular və işçilər koronavirus testindən keçib, onlardan birinin nəticəsi müsbət olub. Virusa yoluxan şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, Eddi İsrafilov Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı Lüksemburq və Kiprlə matçlarında iştirak etməyib. O, İspaniyadakı vəziyyətin koronavirus səbəbindən gərgin olduğunu və qayıdarkən iki testdən keçməli olduğunu əsas gətirərək toplanışa qatılmayıb.


Etiketlər:  Eddinin klubunda koronavirus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ