Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 16:00
Aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhlinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.
O qeyd edib ki, vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır. Bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaridən alınaraq Azərbaycana gətirilməsidir: "Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür. Nəinki Azərbaycanda, bir çox ölkələrdə bu mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir".