Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 17:24
Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 173 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 39 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib. Aktiv xəstə sayı 1822 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 73 min 255 test aparılıb. Bugünkü test sayı isə 8780-dir.