Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 17:46
"Barselona"dan ayrılacağı gözlənilən Neson Semedu klubla vidalaşıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi sosial şəbəkə hesabında Kataloniya klubunun rəhbərliyinə və komanda yoldaşlarına təşəkkür edib:
"Barselona"ya xəyallarımı gerçəkləşdirməyə - bu formanı geyinməyə, "Nou Kamp"da oynamağa, dünyanın ən yaxşı klubunda öyrənməyə və əylənməyə şərait yaratdığı üçün təşəkkür edirəm. Həm oynamağıma, həm də şəxsən böyüməyimə köməklik etdiyiniz üçün minnətdaram. "Barselona"ya gəldiyim vaxtdan mənim yanımda olan həmkarlarıma, klub işçilərinə və bütün insanlara təşəkkür edirəm".
Qeyd edək ki, N.Semedu "Barselona"ya 2017-ci ildə "Benfika"dan keçib. Onun İngiltərənin "Vulverhempton" klubuna keçəcəyi və tərəflərin 5 illik müqavilə ilə bağlı razılığa gəldiyi haqda məlumatlar yayılıb.