Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı AÇIQLAMA

Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı AÇIQLAMA

Tarix: 23 Sentyabr 2020 19:46

"Bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətindədir".

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatında deyilir:

"Məlum hadisə zamanı saxlanılan - barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustalığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində lazimi bütün addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır.

Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmlənmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub.

Bildiririk ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qurumları vətəndaşlarımızın hüquqlarının qorunması, onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək".


Etiketlər:  Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı AÇIQLAMA


RƏYLƏR