Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 22:10
Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Kipr "Apollon"u Polşa "Lex"ini qəbul edib. Görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa) - 0:5
Qollar: Pedro Tiba, 42, 90+2, Mikael İşak, 47, Yakub Kaminski, 58, Sikora, 81
Bu qələbə "Lex" pley-off mərhələsinə yüksəlib. Komanda növbəti mərhələdə "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin digər oyunları sabah keçiriləcək.