Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov: Ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır

Əli Əsədov: Ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır

Tarix: 23 Sentyabr 2020 22:20

"Prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır".

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

O bildirib ki, növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir: "Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır".


Etiketlər:  Əli Əsədov Ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR