Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ilk olan layihənin icrasına başlanılıb - Artıq tikinti işləri gedir - FOTO

Azərbaycanda ilk olan layihənin icrasına başlanılıb - Artıq tikinti işləri gedir - FOTO

Tarix: 24 Sentyabr 2020 14:16

Azərbaycanda yol kənarlarında pitstopların quraşdırılması ilə bağlı reallaşan yeni layihə üzrə artıq bir sıra işlər görülüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, pitstopların tikintisi 4 istiqamətdə nəzərdə tutulub:

"Bunlar Qazax, Balakən, Astara və Rusiya sərhədi istiqamətindədir. Hər istiqamət üzrə bir neçə pitstopun quraşdırılması nəzərdə tutulub ki, bunlardan 18-i Qazax, 16-sı Balakən, 8-i isə Astara və Rusiya sərhədinə çəkilən yol boyunca quraşdırılacaq. Hazırda Bakı-Astara yolunda 8 pitstopun tikintisi aparılır, bundan əlavə Qazax və Rusiya sərhədi istiqamətində torpaq işləri görülür".

A.Nəcəfli əlavə edib ki, yaxın vaxtlarda Balakən üzrə də tikinti işlərinə start veriləcək.

Qeyd edək ki, yol kənarlarında pitstopların quraşdırılmasında məqsəd uzun səyahətə çıxan şəxslərin bu pavilyonlarda dincələ, mənzil başına rahat şəkildə çata bilməsidir.


Etiketlər:  Azərbaycanda olan layihənin icrasına başlanılıb Artıq tikinti işləri gedir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ