Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ronaldo “Barselona”ya transferimə dəstək oldu”

“Ronaldo “Barselona”ya transferimə dəstək oldu”

Tarix: 24 Sentyabr 2020 18:26

"Totti ilə "Roma"da, Ronaldo ilə "Yuventus"da, Messi ilə isə "Barselona"da oynamaq şansım oldu. Buffonu da unutmayım. Onlar ilərdir ki, ən yüksək səviyyədə oynayırlar və buna nail olmaq üçün diqqət mərkəzində qalmalı, futbolu sevməlisiniz".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"dan "Barselona"ya transfer olunan Miralem Pyaniç deyib. 30 yaşlı yarımmüdafiəçi keçid üçün Kataloniya klubu ilə razılaşdığı zaman Kriştiano Ronaldonun ona dəstək olduğunu vurğulayıb:

"Ronaldo məni ruhdan salıb?  Əsla. "Barselona" ilə razılaşdıqda mənə görə çox xoşbəxt olduğunu  söylədi. Ronaldo mənim "Yuventus"dan getdiyimə görə məyus oldu. Amma "Barselona"nı sevəcəyimi də dedi".

Qeyd edək ki, Pyaniç bu yaxınlarda Kataloniya təmsilçisi ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.


Etiketlər:  Ronaldo Barselonaya transferimə dəstək oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ