Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)

Tarix: 25 Sentyabr 2020 12:36

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ən yaxşı adını qazanmaq üçün yarışa cəlb edilən ştatdankənar kimya manqalarının şəxsi heyətinə təhlükəsizlik qaydaları çatdırılıb.

Dünyanın qabaqcıl istehsalçılarının və ölkəmizin milli müdafiə sənayesinin istehsalı olan yüngül mühafizə vasitələri nümayiş etdirilib.

Yarış ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi və kütləvi qırğın silahlarından qorunma hazırlığı üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının yoxlanılması məqsədilə keçirilib. Yarışda kütləvi qırğın silahlarından mühafizə üzrə normativlər yerinə yetirilib və nəzəri biliklərdən məqbullar götürülüb. Sonda qaliblər mükafatlandırılıb.

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO) - Gallery Image Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO) - Gallery Image Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO) - Gallery Image Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO) - Gallery Image Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Əlahiddə Ümumqoşun Orduda Ən yaxşı ştatdankənar kimya manqası adı uğrunda yarış keçirilib FOTOVİDEO


RƏYLƏR