Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda kənd sakinləri ''Qazprom''un əməkdaşlarına hücum edib

Ermənistanda kənd sakinləri ''Qazprom''un əməkdaşlarına hücum edib

Tarix: 25 Sentyabr 2020 16:36

Bakı. Trend:

Ermənistanın Geqarkunik vilayətində yerli sakinlər “Qazprom Armeniya” şirkətinin əməkdaşlarına hücum edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, insidentdə Tsovagüh kəndinin 50-yə yaxın sakini iştirak edib.

Qeyd olunur ki, “Qazprom” əməkdaşları kənddə qaz oğurluğu barədə müraciətləri yoxlamaq üçün polis müşayiətində həmin bölgəyə gedib. Hadisə yerinə baxış keçirilən zaman sakinlər əməkdaşlara hücum ediblər.

Hücum zamanı bəzi əməkdaşlar, eləcə də iki polis əməkdaşı xəsarət alıb.

İnsidentlə əlaqədar bir neçə sakin saxlanılıb.


Etiketlər:  Ermənistanda kənd sakinləri Qazpromun əməkdaşlarına hücum edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ