Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 10:42
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İzmir vilayətində "Petkim" neft-kimya kompleksinin limanında tankerlərin birində partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışın ardınca yanğın başlayıb.
Yerli KİV-lər insident nəticəsində 1 nəfərin öldüyü və daha 16 nəfərin yaralandığı barədə xəbər yayıblar.
Məlumata görə, partlayış İtaliya bayrağı altında üzən "SOCAR Turkey"in kirayələdiyi gəmidə maye karbohidrat məhsulu boşaldılarkən baş verib.
Qəzanın hansı səbədən baş verməsi barədə hələ dəqiq məlumat yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin