Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsində deeskalasiya ilə bağlı çağırış etdi

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsində deeskalasiya ilə bağlı çağırış etdi

Tarix: 27 Sentyabr 2020 18:03

ATƏT-in hazırkı sədri, Albaniyanın Baş naziri və Xarici işlər naziri Edi Rama bu gün təmas xəttində gərginliyin kəskin artdığını və mülki itkilərin olması ilə əlaqədar təcili olaraq deeskalasiya ilə bağlı çağırış edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in hazırkı sədrinin bəyanatında deyilir.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik tərəflərlə sıx təmasdadır.

Edi Rama regionda vəziyyətin sabitləşməsi üçün onların səylərini tamamilə dəstəklədiyini bildirib. O qeyd edib ki, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə alternativ yoxdur.

O, həmsədrlərin ilkin şərtlər olmadan ən qısa müddətdə substantiv danışıqları bərpa etmək istiqamətində görülən səylərini dəstəklədiyini vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri son toqquşmalarda həyatını itirənlərin ailələrinə başsağlığı verib.


Etiketlər:  ATƏT sədri Dağlıq Qarabağ münaqişəsində deeskalasiya ilə bağlı çağırış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ