Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA ''Qarabağ''ın avrokubok oyunu ilə bağlı UEFA-ya müraciət edib

AFFA ''Qarabağ''ın avrokubok oyunu ilə bağlı UEFA-ya müraciət edib

Tarix: 28 Sentyabr 2020 18:40

Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Legiya" - "Qarabağ" oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, assosiasiya son günlər Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alaraq bu addımı atıb.

Müraciətdə Avropa Liqasının qrup mərhələsinin 2019-cu il oktyabrın 3-də Lüksemburqdakı "Josi Bartel" stadionunda keçirilmiş "Düdelanj" - "Qarabağ" oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb.

Bildirilib ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı Ordu stadionunda keçiriləcək "Legiya" - "Qarabağ" oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.


Etiketlər:  AFFA Qarabağın avrokubok oyunu ilə bağlı UEFA müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ