Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 21:49
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlar müzakirə edilib.