Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan Sənaye Korporasiyası”, onun törəmə müəssisəsi olan “Azəralüminium” və Almaniya şirkəti arasında Azərbaycanda alüminium istehsalı ilə bağlı ilkin müqavilə imzalanıb

“Azərbaycan Sənaye Korporasiyası”, onun törəmə müəssisəsi olan “Azəralüminium” və Almaniya şirkəti arasında Azərbaycanda alüminium istehsalı ilə bağlı ilkin müqavilə imzalanıb

Tarix: 29 Sentyabr 2020 11:48

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında Azərbaycan Respublikasında alüminium istehsalının daha da genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi və istehsalda ən son texnologiyaların tətbiq olunması istiqamətində ilkin müqavilə imzalanıb.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən Trend-ə verilən məlumata görə, ASC ilə “Achenbach Buschhütten” şirkəti arasında qurulmuş əməkdaşlıq nəticəsində yüksək texnologiyalar əsasında alüminium məhsullarının istehsal edilməsinə imkan yaranacaq və bu da öz növbəsində daha geniş spektorlu məhsul çeşidinin satışına səbəb olacaqdır. Bundan əlavə ilkin alüminium istehsalının əlavə olaraq 50 000 ton artırılması, yayma məhsul istehsalının təmin edilməsi, yayma məhsullar üzrə daha yüksək keyfiyyətə nail olmaq və keyfiyyət standartları baxımından dünyanın ən yaxşı tədarükçülərindən biri kimi tanınmaq imkanı yaranacaqdır. Eləcə də bütün sənaye sahələrini, xüsusilə qablaşdırma, avtomobil, gəmiqayırma, təyyarə, müdafiə, tikinti və telekommunikasiya sahələrində istifadə oluna bilən tökmə və yayma həlqələrin istehsalını təşkil etmək, istehsal edilən maye alüminiumunu son məhsul halına gətirməklə yüksək dəyər qazandırmaq mümkün olacaqdır.

“Achenbach Buschhütten” şirkətinin təqdim etdiyi yeni və müasir növ istehsal prosesi dünyada az sayda müəssisələrdə tətbiq olunur, bu da həm satış, həm də rəqabət şəraitində üstünlüyün əldə edilməsinə əhəmiyyətli dərəcədə imkanlar yaradır.

Layihənin səmərəliliyinin tam şəkildə müəyyən olunması və dünyanın nüfuzlu maliyyə təşkilatları tərəfindən maliyyələşdirilməsinin təmin edilməsi üçün beynəlxalq dərəcəli məsləhətçi şirkətin cəlb olunması yolu ilə detallı texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılır.


Etiketlər:  Azərbaycan Sənaye Korporasiyası onun törəmə müəssisəsi olan Azəralüminium Almaniya şirkəti arasında Azərbaycanda alüminium istehsalı ilə bağlı ilkin müqavilə imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ