Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 14:42
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT kanalına müsahibəsində deyib.
M.Çavuşoğlu bildirib ki, bölgədə vəziyyətin gərginləşməsində günahkar Ermənistan hakimiyyətidir.
Nazir əlavə edib ki, dünya ictimaiyyəti Azərbaycanla Ermənistanı bir tutmamalıdır:
"Çünki Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləmişik və dəstəkləməkdə davam edəcəyik. Hər zaman Azərbaycanın yanında olacağıq. Eyni zamanda Azərbaycanın diplomatik nümayəndəliyi olmayan ölkələrdə Azərbaycan vətəndaşları Türkiyə konsulluqlarına müraciət edə bilərlər".