Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 14:42
FİFA azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olmasına görə AFFA-ya başsağlığı məktubu göndərib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Məktubda bunların yazıldığı bildirilib:
"Şəhriyar Qurbanov xatirəsinə,
Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.
Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik".