Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub (FOTO)

Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub (FOTO)

Tarix: 30 Sentyabr 2020 18:04

Bakı. Samir Əli - Trend:

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın cəbhəboyu ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Trend-in məlumatına görə, erməni hərbi birləşmələri kənd və digər yaşayış massivinə ağır artilleriya atəşinə tutur. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları qarşısında tab gətirə bilməyən erməni ordusu çıxış yolunu təxribalara əl atmaqda görür. Erməni hərbi birləşmələri artıq mülki şəxsləri hədəf almaqla acizliklərini sübuta yetirirlər.

Görüntülər Füzuli rayonundandır. Erməni hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə deyil, rayonun kəndlərinə atəş açır. Nəticədə xeyli evə külli miqdarda ziyan dəyib.

Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub (FOTO) - Gallery Image Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub (FOTO) - Gallery Image


Etiketlər:  Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub FOTO


RƏYLƏR