Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 19:26
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Legiya" matça itkilərlə çıxacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Varşava klubu görüşə tam heyətlə hazırlaşmır. Komandanın tərkibindəki oyunçulardan Jose Kante, Vojcieç Muzyk, Kesari Mista, Uiilliam Remi, Katzper Kostox, Vamara Sanogo və Marko Vesoviç son məşqlərə qatılmayıb.
Bundan əlavə, Çeslav Mixneviç üçüncü qapıçı Mistanın yoxluğunu nəzərə alaraq, Katzper Tobiaşı komandanın qarşılaşma üçün heyətinə daxil edib.
Qeyd edək ki, Qeyd edək ki, oktyabrın 1-də Varşavadakı "Voyska Polskieqo" keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.