Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov və Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər

Lavrov və Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər

Tarix: 30 Sentyabr 2020 21:28

Bakı. Trend:

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata məsasən, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulanıb və bütün ölkələri maksimum təmkinli olmağa çağırış edilib:

"Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə edilib. Münaqişə tərəflərinin və digər ölkələrin maksimum təmkin göstərmələri üçün dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulandı".


Etiketlər:  Lavrov Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər


RƏYLƏR