Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 15:12
Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.
Ölkədə son sutka ərzində 8 054, hazırkı dövrədək isə 1 201 924 test aparılıb.