Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 06:56
Bakı. Trend:
Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlərinə görə cavab verəcəkdir.
Bu barədə Trend-ə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Onun sözlərinə görə, dinc yaşayış məntəqələrinin atəşə tutulması bir soyqırım aktından və Ermənistanın Azərbaycan əhalisinə qarşı davam edən etnik təmizləmə aktından başqa bir şey deyil. O qeyd edib ki, dünya birliyi, xüsusən də BMT dövlət səviyyəsində terror siyasəti aparan Ermənistanı dayandırmalıdır:
"Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı etdiyi hərəkətlərə görə dünya birliyindən layiqli cavab alacağına inanırıq".
Qeyd edək ki, Ermənistan hücumu nəticəsində Gəncədə 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.