Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 07:54
"Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi, mülki insanlara hücum edərək insanlığa qarşı cinayətlər törətdi".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül "Twitter" hesabında yazıb.
O bildirib ki, Ermənistanın bu alçaqlığını lənətləyir: "Həmişə azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Can Azərbaycan heç vaxt tək qalmayacaq".