Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messi meydana çıxmayanda özünü daha yorğun hiss edir'' - Kuman

''Messi meydana çıxmayanda özünü daha yorğun hiss edir'' - Kuman

Tarix: 17 Oktyabr 2020 13:10

"Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın 6-cı turunda "Xetafe" ilə oyundan öncə komandasının  durumu haqda  danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis kapitan Lionel Messinin sıx oyun qrafikinə görə çətinlik çəkmədiyini bildirib:

"Hər oyunda qələbə qazanmaq üçün ən yaxşısını etmək istəyirik. Milli komandaların oyunlarından sonra futbolçularda yorğunluq olduğunu bilirik. Amma hər kəs "Barselona"ya həvəs və sevinclə qayıtdı.

Messinin vəziyyətinə gəldikdə isə onunla bağlı hələ qərar verməmişik. Məncə o, qarşıdakı 4 matçın hər birində ("Xetafe"- La Liqa, "Ferensvaroş" - Çempionlar Liqası , "Real" - La Liqa, "Yuventus" - Çempionlar Liqası) oynaya bilər. Futbolçularla danışıb, sonra qərar verəcəyəm. Ancaq Leo illərdir ki, çox sıx bir cədvəldə oynayır. O, meydana çıxmayanda özünü daha yorğun hiss edir. Hər hansı bir tibbi problem varsa, bu başqa məsələdir".

Qeyd edək ki, bu gün keçiriləcək "Xetafe" - "Barselona" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Etiketlər:  Messi meydana çıxmayanda özünü daha yorğun hiss edir Kuman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ