Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir

Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir

Tarix: 19 Oktyabr 2020 18:24

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələrini pisləyir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Pakistan Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Talha Mahmud öz "Twitter" səhifəsində yazıb ki, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və açıq aydın təcavüzü qəti şəkildə qınanılmalıdır.

O vurğulayıb ki, uzun müddətdir davam edən münaqişə ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi əsasında dərhal həll edilməlidir.

Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəliyinin veb-səhifəsində isə bildirilir ki, Avropa İttifaqı Azərbaycanın Gəncə şəhərinə qarşı həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyir.

Qeyd olunur ki, mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoyulmalıdır.


Etiketlər:  Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR