Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un yeni simptomu aşkarlandı

COVID-19-un yeni simptomu aşkarlandı

Tarix: 19 Oktyabr 2020 22:33

London Universiteti Kolleci və Kral Milli Komitəsinin alimləri koronavirusun yeni simptomunu aşkarlayıblar.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, alimlərin məlumatına görə, COVID-19-a yoluxma pasiyentlərin eşitmə qabiliyyətində dəyişikliklər yarada bilər.

Mütəxəssislər müəyyənləşdiriblər ki, koronavirusun aşkarlandığı pasiyentlərin bir hissəsi tinnitusdan - qulaqlarda zəng səsindən və ya səs-küydən şikayət edirlər.

Həmçinin COVID-19-u ağır formada keçirmiş xəstələrdə bu simptom eşitmə qabiliyyətinin tamamilə itkisi ilə müşahidə edilib.

Tədqiqatçıların sözlərinə görə, hazırkı vaxtda koronavirusa və onunla bağlı simptomlara həsr edilmiş xeyli araşdırma işlərinin olmasına baxmayaraq, bu virusun insanın eşitmə qabiliyyətini pozması haqda hələlik çox az məlumatlar var. Bununla əlaqədar olaraq həkimləri infeksiyanın belə təzahürlərinə daha çox diqqət etməyə çağırıblar.


Etiketlər:  COVID yeni simptomu aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ