Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 10:32
Avrokuboklarla bağlı islahatlar aparmağı planlaşdıran UEFA-nın nəzərdən keçirdiyi daha bir variant bəlli olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komandaların sayı artırıla bilər.
Qurum 2024/25 mövsümündən etibarən qrupda 36 komandanın oynaması variantını müzakirə edir. İştirakçılar hərəsində 6 komanda olmaqla 6 qrupda mübarizə aparacaq.
Oyunların keçirilməsi ilə bağlı fərqli variantlar var. Bunların biri klassik sistemdir. Hər klub qrupdakı rəqibləri ilə ev və səfərdə, ümumilikdə 10 matç keçirəcək. Digər variant isə şahmatda dəbdə olan İsveçrə sisteminə oxşar sxemin tətbiqidir. Hər komanda bu sistemlə 10 oyun keçirə bilər. Bu variant daha çox maraqlı qarşılaşma vəd etdiyindən daha keçərli olacağı iddia edilir.
Qeyd edək ki, 2024/25 mövsümündən tətbiq olunacaq format 2021-ci ildə təsdiqlənəcək.