Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Van Deyki zədələdiyi üçün ölümlə hədələndi

Van Deyki zədələdiyi üçün ölümlə hədələndi

Tarix: 20 Oktyabr 2020 11:10

İngiltərənin "Everton" klubunun qapıçısı Cordan Pikford ölümlə təhdid edilib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, buna səbəb qolkiperin Premyer Liqanın V turunda "Liverpul"un müdafiəçisi Vircil van Deyki zədələməsidir.

Həmin qarşılaşmadan sonra "Liverpul" azarkeşləri sosial şəbəkələr vasitəsilə İngiltərə millisinin üzvünü həm təhqir edib, həm də hədələyiblər. Bu üzdən yerli polis məsələ ilə bağlı istintaqa başlayıb. Hazırda paylaşım edən fanatların kimliyi araşdırılır. Günahkar hesab olunanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan "mersisayd" derbisinin 11-ci dəqiqəsində Pikfordla toqquşan van Deyk dizindən ağır zədə alıb.


Etiketlər:  Deyki zədələdiyi üçün ölümlə hədələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ