Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri

İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri

Tarix: 20 Oktyabr 2020 18:36

Ali Baş Komandan İlham Əliyev bu gün yeni zəfər müjdəsi verib. Zəngilan şəhəri 27 ildən sonra düşmənin işğalından azad olunub.

"Azərkosmos" ASC-dən Trend-ə bildirilib ki, Zəngilan şəhərinin "Azersky" peykindən bu gün çəkilmiş təsviri təqdim edilib.

Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin Bəsitçay Dövlət Təbiət Qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib. İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib.

Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır.

Bu gün ölkəmizin uğurlu siyasəti və qüdrətli Ordusu illərdir səbirsizliklə gözlədiyimiz torpaqlarımızın azad olunması xəbərləri ilə xalqımızı sevindirir, tezliklə tam qələbə çalmağımıza inamımızı daha da artırır.

Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!


Etiketlər:  İşğaldan azad olunmuş Zəngilan şəhərinin Azersky peykindən əldə edilmiş təsviri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ