Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qrupdan çıxmaq istəyirik” - “Makkabi”nin qapıçısı

“Qrupdan çıxmaq istəyirik” - “Makkabi”nin qapıçısı

Tarix: 22 Oktyabr 2020 09:34

Çempionlar Liqasında irəliləməyə çox yaxın idik. Ancaq son anda büdrədik.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv "Makkabi"sinin qapıçısı Daniel Tenebaum deyib.

Ölkəsinin mətbuatına açıqlama verən braziliyalı qolkiper bu gün üz-üzə gələcəkləri "Qarabağ"la matçdan etibarən uğurlu çıxış etməyi hədəflədiklərini söyləyib: "Avropa Liqasına uğurlu start götürmək üçün "Qarabağ"la görüşə hazırlığımızı yekunlaşdırmışıq. Qarşılaşmaya hərtərəfli köklənmişik, özümüzə güvənirik. Bu turnirdə mümkün qədər irəliləmək, növbəti mərhələyə çıxmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Koronavirus infeksiyasından sağalan futbolçular da hazırda komandaya kömək etməyə hazırdırlar".

Qeyd edək ki, bu gün Təl-Əvivdə keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Etiketlər:  Qrupdan çıxmaq istəyirik Makkabinin qapıçısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ