Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 09:48
Bakı. Samir Əli - Trend:
Zaqatala rayonunda qadın xüsusi amasızlıqda qətlə yetirilib. Zaqatala rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 15 radələrində Zaqatala rayonu, Yengiyan kənd sakini 1978-ci il təvəllüdlü İsmayılova Zalxa Qədim qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri İsmayılov Fazil Allahverdi oğlunun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə xəsarətlər yetirərək Zalxa İsmayılovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar
təyin edilmişdir. Fazil İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.