Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''BMT Azərbaycana minnətdar olmalıdır ki, onun qətnamələrini icra edir'' - Deputat

''BMT Azərbaycana minnətdar olmalıdır ki, onun qətnamələrini icra edir'' - Deputat

Tarix: 22 Oktyabr 2020 10:18

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, ölkəmiz uğurlu inkişafını təmin edə bilib, müstəqilliyimiz möhkəmlənib, dünyada ən etibarlı tərəfdaşlardan biri kimi etimad qazanıb.

Sonxeber.net bildirir k, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, heç də təsadüfi deyil ki, Azərbaycan beynəlxalq təşkilatların reytinqində hər zaman ən yüksək pillələri tutub: "Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu da ölkəmizin dünyada nüfuzunun ən böyük təzahürlərindən biridir. Amma buna baxmayaraq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi 27 il idi ki, yerinə yetirilmirdi. Azərbaycan bu qətnamələrin icrası ilə bağlı bütün beynəlxalq forumlarda, platformalarda hər zaman danışıb, Ermənistanın məsuliyyətsizliyi, beynəlxalq hüquqa məhəl qoymamasını hər zaman dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Təbii ki, Azərbaycanın səbri də tükənmişdi, çünki dünyada sülhü, təhlükəsizliyi təşviq edən ən əsas təşkilat olan BMT öz qətnamələrini icra edə bilmirdi. Cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda bu barədə danışıb, qeyd edib ki, başqa vaxt BMT qətnamələri qısa müddətdə yerinə yetirilir, ancaq Dağlıq Qarabağla bağlı qətnamələr uzun ilərdir ki, yerinə yetirilmir. Ölkəmiz bütün imkanlardan istifadə etdi ki, qətnamələr dinc yolla icra edilsin. Lakin bu qətnamələrin icra edilməsi ilə bağlı heç bir tədbir görülmədi, Azərbaycandan başqa bu qətnamələri yada salan olmadı. Artıq Azərbaycan özü öz qüdrətli ordusu ilə əks-hücum əməliyyatları vasitəsilə həmin qətnamələrin icrasına nail olur.

Azərbaycan bunu edəndə də beynəlxalq hüququn normalarını gözləyir, beynəlxalq hüququn müddəalarına əməl edir. Yəni Azərbaycan mülki əhaliyə qarşı heç bir əməliyyat aparmır, ancaq işğal edilmiş ərazilərimizdə hərbi obyektləri hədəfə alır. Azərbaycan beynəlxalq hüququn bir nömrəli icraçısıdır. Yeri gəlsə, BMT Azərbaycana minnətdarlığını bildirməlidir ki, onun qətnamələrinin icrasını öz üzərinə götürüb".


Etiketlər:  Azərbaycana minnətdar olmalıdır onun qətnamələrini icra edir Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ