Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır" - ABŞ-ın NATO-dakı səfiri

Tarix: 22 Oktyabr 2020 15:00

ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə, yəni Azərbaycanın suveren sərhədlərinin harada başlayıb və bitməsi, bu sərhədlər çərçivəsində erməni əhalinin necə yerləşdirilməsi məsələsinə qayıtmağa hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison deyib.

O bildirib ki, NATO ABŞ-ın da, Rusiyanın da etdiyini, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır:

"Bildiyim qədər, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtona səfər etməyə hazırlaşır. Vaşinqtonda görüş planı zorakılığı dayandırmağı müzakirə etmək üçün vasitədir. Bu münaqişəni hərbi yolla həll etmək mümkün deyil. Bu problemi sərhədlər və suverenlik məsələləri çərçivəsində həll etmək lazımdır. Biz buna can atırıq, Rusiya da Fransa kimi buna təkid edir".

Milli.Az


Etiketlər:  Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır ABŞ ın NATO dakı səfiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ