Tarix: 24 Aprel 2019 18:52
"Ötən mövsüm "Qəbələ"yə 2 qol vurdum. Amma bu, artıq tarixdir. İndi diqqəti qarşıdakı oyuna yönəldib məşqlərdə var gücümüzlə çalışmaq vacibdir". Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Fəhmin Muradbəyli klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə keçiriləcək oyundan danışan gənc yarımmüdafiəçi çempionatın maraqlı keçdyini bildirib: "Mövsümün çox vacib dövrüdür. Düşünürəm ki, bu mövsüm azarkeşlər üçün çox maraqlı keçir".
Qeyd edək ki, aprelin 27-də keçiriləcək "Səbail" - "Qəbələ" oyunu saat 17:30-da başlayacaq.