Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 16:48
Sülhməramlıların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi Azərbaycan torpaqlarının tam işğaldan azad olunmasından sonra mümkün ola bilər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu məsələdə dəqiqləşmələrə ehtiyac var: "Bu mövzu yalnız müharibə başa çatdıqdan və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra müzakirə predmenti ola bilər. Sülhməramlı qüvvələrin tərkibi ilə bağlı da münaqişə tərəflərinin mövqeyi nəzərə alınacaq. Yəni burada istənilən halda həmin mövqe əsasında sülhməramlıların tərkibi formalaşdırılacaq.
Bilirsiniz ki, Azərbaycanın ictimai fikrində çox geniş yayılmış bir mövqe var. Həmin mövqe ondan ibarətdir ki, Türkiyə dövlətinin mövcudluğu regionda sabitliyə xidmət edir və Türkiyə ATƏT-in Minsk qrupunun üzlərindən biridir, region dövlətidir, münaqişə zonası ölkələri ilə qonşu dövlətdir və bu nöqteyi-nəzərdən sülhməramlı qüvvələrin tərkibi müəyyən edilərkən Türkiyə faktorunun nəzərə alınması olduqca vacib məsələdir.
Burada Rusiya sülhməramlılarının olması da müzakirə predmenti olub. Ona görə də paritet əsasında Rusiya və Türkiyə sülhməramlılarının olması daha vacibdir. Amma istənilən halda bu məsələ sonrakı mərhələlərdə müzakirə olunacaq və real vəziyyətə adekvat addımlar atılacaq".