Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son əməliyyatlarda aktiv istifadə edilən Spike NLOS raket kompleksi

Son əməliyyatlarda aktiv istifadə edilən Spike NLOS raket kompleksi

Tarix: 22 Oktyabr 2020 20:16

Çoxlarının haqqında məlumatsız olduğu 4-cü nəsil Spike NLOS bugünkü hərbi əməliyyatlardan sonra kifayət qədər tanına bilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, İsrailin "Rafael" şirkətinin istehsalı olan 4-cü nəsil Spike NLOS ultra-uzun məsafəli tank əleyhinə idarə oluna bilən raket kompleksidir. Atəş aç unut prinsipi ilə işləyən NLOS görünüş zonasından uzaqda olan hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Ümumi çəkisi 70 kq olan raket kompleksinin uçuş məsafəsi 25 km, uzunluğu isə 1.5 metrdir. Hədəfi 95% dəqiqliklə məhv edir. Raketlərdə kumulyativ, yaxud qəlpəli-fuqas tipli döyüş başlıqlarından istifadə oluna bilər.

Spike-NLOS həm yerdən, həm də helikopterdə atıla bilər. Raket düşmənin təkcə zirehli vasitələrinə qarşı deyil, piyada və sığınacaqlarına qarşı (bunker, dod, dzot) istifadə oluna bilər.

Kompleks operator, peyk və ya pua ilə idarə olunur. Hədəfə müstəqil  və ya operatorun komandası ilə istiqamətlənə bilər.

Sonuncu halda siqnalı operatorun pultuna ötürən video - sistem istifadə edilir. İdarə və hədəfalma sisteminin istifadəsi raketin tətbiqini böyük elastikliyini təmin edir.

Belə ki, operator raket buraxıldıqdan sonra hədəfi tapıb və zəbt edə və ya raketi uçuş zamanı istiqamətləndirə bilər. Bu zaman nəticə "atəş açdım unutdum" prinsipi, eləcə də daha mürəkkəb "atəş açdım - istiqamətləndirdim" və "atəş açdım qiymətləndirdim, korretktə etdim" prinsipi həyata keçirilir. Bundan əlavə sadəcə bir düymənin köməkliyi ilə opertor betona qarşı rejimə keçərək raketin divara nüfuz etdikdən sonra daxildə detonasiyanı təmin edir.


Etiketlər:  əməliyyatlarda aktiv istifadə edilən Spike NLOS raket kompleksi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ