Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Türkiyə münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır'' - İlker Başbuğ

''Türkiyə münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır'' - İlker Başbuğ

Tarix: 23 Oktyabr 2020 14:03

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qonşuluqdan daha çox iki qardaş münasibətidir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlker Başbuğ deyib.

O bildirib ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır:

"Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlar öz torpaqlarının azad edilməsi məqsədi daşıyır. Beynəlxalq hüquq baxımından da bu, haqlı əməliyyatdır. Bundan başqa, unutmaq olmaz ki, 1991-ci ildə başlayan işğal müddətində 20 min azərbaycanlı şəhid olub, mülki şəxslərə yönəlmiş hücumlər nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan qaçqın və məcburi köçkünlərin sayı 1 milyonu ötüb. Türkiyənin bu müharibədə qeyd-şərtsiz Azərbaycanın yanında olmasından təbii bir şey yoxdur".


Etiketlər:  Türkiyə münaqişədə qeyd şərtsiz Azərbaycanın yanında olmalıdır İlker Başbuğ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ