Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 17:06
FİFA-nın prezidenti Canni İnfantino koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatına təsir etməyəcəyini bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, qurum başçısı mundialın istənilən halda keçiriləcəyini deyib: "Bizim ehtiyat planımız yoxdur. Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var".
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçirilməlidir.