Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 20:46
İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Almaniya yığmasının sabiq üzvü "Di Si Yunayted"in maraq dairəsinə düşüb.
MLS klubu yarımmüdafiəçini heyətində görmək niyyətindədir. Bu keçid qış fasiləsində - gələn ilin yanvarında gerçəkləşə bilər.
Qeyd edək ki, Özil Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə salınmayıb.